
31 Dekabr 2005 – 6 Yanvar 2006, Long Forest (Quba) - Bakı, Azərbaycan
NISA Qış Sessiyası Avro-Atlantik məkanda enerji təhlükəsizliyi və əməkdaşlığına həsr olunmuş proqramlar silsiləsindən dördüncüsüdür. Azərbaycan Gənclər Avro-Atlantik təşkilatının Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində NATO-nun İctimai Diplomatiya Bölməsinin maddi dəstəyi ilə gerçəkləşdirdiyi bu proqramlar silsiləsinə 2003-cü il Azərbaycanda NATO Beynəlxalq Yay Məktəbi, 2004-cü il “Dəyişən NATO və Dəyişən Dünya” yay məktəbi, 2005-ci il NATO Beynəlxalq yay məktəbi aiddir.
Əvvəlki proqramlardan fərqli olaraq Qış sessiyası Böyük Qafqaz Şahdağ silsiləsinin şimal şərq yamacında yerləşən Quba rayonunda keçirildi. İştirakçılar dekabrın 31-i səhər Qubaya yola düşdülər və yanvarın 4-ü axşam geri döndülər, daha sonrakı iki günü iştirakçılar Bakıda keçirdilər.
Qış Sessiyasının rəsmi açılış tədbiri Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimovun və Qış Sessiyasının rəhbəri, Qafqaz Universiteti müəllimi Rövşən İbrahimovun iştirakı ilə bir yanvar 2006-cı il tarixində oldu.
NİSA 2005-2006 Qış sessiyası Avro-Atlantik məkanda enerji təhlükəsizliyi məsələsinə həsr olunmuşdu. Tədbirin məqsədi xüsusilə üç dəniz hövzəsi regionunun bugünkü enerji problemlərinin müzakirəsi üçün gəncləri bir araya gətirmək idi. Qış məktəbi boyunca iştirakçıların mütəxəssislərdən ətraflı məlumat almaq və mövzuların hər birini onlarla ətraflı müzakirə etmək imkanı oldu. Sonuncu yay məktəbində müzakirə olunan “Üç Dəniz məfhumu”nun ardınca qış məktəbində müzakirə olunan məsələlər aşağıdakılardır:
· Xüsusilə enerji təhlükəsizliyi aspektindən regionda siyasi, iqtisati və digər əməkdaşlıq mexanizmləri
· Üç dəniz ölkələri tərəfindən müasir enerji sektorunun müqayisəli inkişafı – üç dəniz regionu və onun enerji təhlükəsizlyində rolu;
· Azərbaycanın neft strategiyası;
· Enerji təhlükəsizliyi konsepsiyası, enerji təhlükəsizliyinə təhdid və risklər, təhlükəsizliyin siyasi və iqtisadi aspektləri
· Avro-Atlantik məkanda enerji təhlükəsizliyi və bunda NATO-nun rolu;
· Siyasi mühit və risklər, terrorizm və digər simmetrik təhlükələr;
· Enerji təhlükəsizliyinin ekoloji aspektləri
· Yaxşı idarətmə, şəffaflıq, gəlirlərin idarə olunması
· Enerji təhlükəsizliyində beynəlxalq əməkdaşlıq, regional siyasət: Azərbaycan, Gürcüstan, Turkiyə
Qış Sessiyasının Məruzəçiləri
Araz Əzimov - Xarici İşlər Nazirinin müavini, Rövşən İbrahimov - NISA Qış sessiyasının rəhbəri, Qafqaz Universiteti, Huseyn Bağırov - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri, Romualds Razuks - NATO əlaqələndirici məmuru, Mikayıl Cabbarov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin müavini, Elşad Nəsirov- Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Vitse Prezidenti, Oliver Broad - BP-Azərbaycan, Ali Ak - Menecer, PETOIL (Türkiyə), Tofiq Musayev - Şöbə müdiri, Xarici İşlər Nazirliyi, Azərbaycan, Ramin Əliyev - Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan, Pınar İpək - Bilkent Universiteti (Türkiyə), Tomas Goltz - Montana Universiteti müəllimi, Murad Heydərov - BP Azərbaycan, Süreyya Yiğit - Müəllim, Qırğız-Türk Manas Universiteti, Harald Thorud - YATA Prezidenti.

;
