AZE | ENG

  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  Azərbaycan
  Haqqımızda
  Təşkilat
  Fəaliyyət
  Üzvlük
  Elmi araşdırmalar
  Tərəfdaşlar
  Keçidlər
  Heyət
  Əlaqə
  Forum

  AFİŞALAR

  SORĞU
 
Which one is the most dangerous problem for Azerbaijan?

a) Nagorno Karabakh Conflict
b) Legal Status of the Caspian Sea
c) Corruption
d) Human Rights

 

 

NATO Üzvlüyü: Məna kəsb edirmi?
7.04.2006

 

Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatı “NATO Üzvlüyü: Məna kəsb edirmi?” adı altında konfrans təşkil etmişdir. Konfrans 2005-ci il noyabr-dekabr ayları ərzində müxtəlif dəyirmi masalar, təqdimatlar, seminarlar, konfranslardan ibarət “Avro-Atlantik strukturlara inteqrasiya” adlı layihə çərçivəsində həyata keçirildi.

Qeyd olunan konfransda müxtəlif universitetlərdən tələbələr, Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatının üzvləri, gənc tədqiqatçılar və ekspertlər iştirak edirdi. Müzakirə olunan məsələlər:

- NATO-ya üzvlük və genişlənməsi, perspektivləri, üzləşdiyi təhlükə və etirazlar;

- Avro- Atlantik Təhlükəsizlik, Avro- Atlantik Təhlükəsizlik strukturlarına inteqrasiya və burada Cənubi Qafqazın rolu;

Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatının prezidenti Ziya Qazıyev konfransın işini açaraq Təşkilat, onun məqsədləri, həyata keçirdiyi son tədbirlər haqqında qısa məlumat verməklə yanaşı belə tədbirlərin təşkilinin mühümlüyünü də xüsusi vurğuladı.

Dəvət olunan qonaqlar Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov və ATƏT – də Türkiyənin keçmiş Daimi nümayəndəsi cənab Əli Hikmət Alp mövzu üzrə təqdimatlar etdikdən sonra konfrans iştirakçılarının sualları cavablandırıldı.

Konfrans 2005-cı il, noyabrın 24-ü Qərb Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycanda NATO-nun təyin etdiyi Səfirlik olan Türkiyə səfirliyinin köməkliyi ilə təşkil olunmuşdu.


Hits: 573



 
SON TƏDBİR


Son xəbərlər
 



  LINKS

  NATO
www.nato.int
  EU
europa.eu.int
  UN
www.un.org
  OSCE
www.osce.org
  NATO Parliamentary Assembly
www.naa.be
  ATA
www.ata.atlant.dk
  www.president.az
  www.mfa.gov.az
  www.mys. azeri.com
   

 

© 2006 Müəlliflik hüququ Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı: Site by: www.webstudio.az
Əlaqə