NİSA - “Azərbaycanda NATO Beynəlxalq Məktəbi 2005” Azərbaycan Gənclər Avro-Atlantik təşkilatının Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində NATO-nun İcimai Diplomatiya Bölməsinin maddi dəstəyi ilə həyata keçirdiyi beynəlxalq layihə idi.
Azərbaycanda NATO Beynəlxalq Yay Məktəbini təşkil etməyi təklif etməklə AGAAT 40 tələbələ, gənc tədqiqatçı, hökümət rəsmiləri, jurnalistlər, NATO-ya üzv və tərəfdaş ölkələrdən, Aralıq Dənizi Diaoloqu, Yaxın Şərq ölkələrindən NATO və Avro-Atlantika təhlükəsizlik məsələləri ilə maraqlanan gəncləri bir araya gətirmişdi. Bu, üç dəniz – Xəzər, Qara, Aralıq dənizləri hövzəsində yerləşən regionun müxtəlif problemlərini müzakirə etmək və bu mövzuda fikir mübadiləsi aparmaq üçün möhtəşəm məkan idi.
Əsas məqsəd:
· Gənclərin Xəzər, Qara, Aralıq dənizi regionlarının təhlükəsizlik məsələləri, problem və perspektivlərinə dair biliklərinin inkişaf etdirilməsi;
· 3 dəniz hövzəsi dövlərinin təhlükəsizlik məsələlərinin müzakirəsinə başlamaq;
· Gənclərin NATO-nun gələcəyi və Avro-Atlantika təhlükəsizlik məkanındakı rolunun müəyyənləşdirilməsi;
· Azərbaycan gəncləri və digər ittifaq və əməkdaş ölkə gəncləri arasında dialoq qurmaq;
· Beynəlxalq səviyyədə gənclərarası əməkdaşlığı gücləndirmək və gəncləri aktiv şəkildə bu işə cəlb etmək;
Müzakirə olunan məsələlər
· Xəzərin şərq sahili - Mərkəzi Asiya və Əfqanıstan;
·NATO-nun təhlükəsizlik gündəmində Mərkəzi Asiya regionu; Regionun əsəs təhlükəsizlik problemləri;
·Regionda diqqətin Mərkəzi Asiyaya yönəldilməsində İstanbul Sammiti qərarının təsiri;
·Əfqanıstanda NATO əməliyyatları və bu əməliyyatlara əməkdaş dövlətlərin töhfəsi; Regionun gələcək perspektivləri;
· Xəzər dənizinin qərb sahillləri – Cənubi Qafqaz;
·Regionun təhlükəsizlik problemləri və onların mümkün həll yollarının analizi;
·Regionun əməkdaşlıq perspektivləri;
·IPAP/PAP-DIB mexanizmləri və onların regionda təhlükəsizlik sektoru islahatlarının həyata kəçirilməsində mümkün rolu;
· Qara dəniz regionu;
·Rusiya və Ukrayna Qara dəniz gücləri kimi, NATO-Rusiya, NATO-Ukrayna əlaqələri;
·NATO-nun yeni üzvləri-Rumuniya, Bulqarıstan və onların MAP təcrübəsi;
· Aralıq dənizi;
·Aralıq Dənizi Dialoqu və NATO-nun genişlənmə siyasəti;
·Şərq-Qərb/ Xəzər-Aralıq dənizi körpüsü - Bakı-Tbilisi-Ceyhan layihəsi və layihədə Mərkəzi Asiyanın (Qazaxstan) iştirakı;
· Geniş Yaxın Şərq regionu;
·İstanbul Əməkdaşliq Təşəbbüsü;
·NATO-nu regionda necə daha cəlbedici etmək olar?;
·İraq və NATO-nun bu ölkədə sülh və təhlükəsizliyə töhfəsi;
·NATO-nun Yaxın Şərqdə əlavə dəyəri nədir?;
·Geniş Yaxın Şərq regionunun bir hissəsi kimi Azərbaycanın mümkün töhfəsi;
Mühazirəçilər
Araz Əzimov, Xarici İşlər Naziri müavini;
Lorens Bristov, Böyük Britaniya səfiri;
Yusif Əhməd İbrahim Əl-Şarkavi, Misir səfiri;
Yetər Yaman Nausadi, NATO - İctimai Diplomatiya Bölməsi – Azərbaycan üzrə informasiya məmuru;
Ramald Razuks, NATO-nun Qafqaz üzrə əlaqələndirici məmuru;
Hikmət Hacıyev, Azərbaycanın NATO-dakı missiyasında III katib;
Tomas Strasburger, CCMS NATO;
Q.Cerbo, Azərbaycan üzrə PARP ölkə məmuru;
Maykl Baranik, Milli Müdafiə Universiteti (ABŞ);
Anar Əhmədov, Xəzər Universiteti müəllimi;
Kamolcon Kərimov, Özbəkistanın Azərbaycandakı konsulu;
Levent Gözkaya, Türkiyə təhlükəsizlik məsləhətçisi;
Oliver Neula, Azərbaycan üzrə idarəedici məmur, NATO Siyasi İşlər və Təhlükəsizlik Siyasəti bölməsi;
Tofiq Musayev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Xarici Siyasətin Planlaşdırılması və Strateji Analiz Şöbəsinin müdiri;
Qalib İsrafilov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin GUAM-da Eksperti, Beynəlxalq Təhlükəsizlik Bölməsi Müdiri;