
2004-cü il iyunun 14-dən 19-dək Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatı Bakıda(Azərbaycan) NATO Beynəlxalq Məktəbini təşkil etmişdir. “NATO Yay Məktəbi 2004” NATO-nun İctimai Diplomatiya Bölməsinin təşkilatçılığı və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanmışdır. Tədbirdə 5 beynəlxalq: Türkiyə, Almaniya, Gürcüstan, Finlandiya, Danimarka və müxtəlif universitet, tədqiqat mərkəzləri və başqa institutlardan 40 yerli iştirakçı təmsil olunurdu.
Tədbirin rəsmi açılışı NATO üzv ölkələrinin Azərbaycana akkreditə olunmuş səfirliklərinin nümayəndərinin və Jan Furnetin başçılıq etdiyi NATO nümayəndələrinin iştiraki ilə edildi. NATO Baş Katibinin müavini iştirakçıları təbrik edərək bu tədbirin əhəmiyyəti barədə danışdı. Sonda o, Azərbaycanda Beynəlxalq NATO Yay Məktəbinə ilin tədbiri statusu verdi.
Tədbirin keçirildiyi dövr ərzində iştirakçıların birbaşa məlumat almaq və Chatam House Rules qaydaları altında profesionallarla ayrı-ayrı mövzularda müzakirələr aparmaq imkanları vardı. Tədbirə bəzi dövlət rəsmiləri, NATO üzv dövlətlərinin Azərbaycana akkreditə olunmuş səfirləri də daxil olmaqla NATO ekspertləri də dəvət olunmuşdular.

