AZE | ENG

  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  Azərbaycan
  Haqqımızda
  Təşkilat
  Fəaliyyət
  Üzvlük
  Elmi araşdırmalar
  Tərəfdaşlar
  Keçidlər
  Heyət
  Əlaqə
  Forum

  AFİŞALAR

  SORĞU
 
Which one is the most dangerous problem for Azerbaijan?

a) Nagorno Karabakh Conflict
b) Legal Status of the Caspian Sea
c) Corruption
d) Human Rights

 

 

Azərbaycanın Sülh Naminə Əməkdaşlıq Proqramına qoşulmasının 10 illiyinə həsr olunmuş KONFRANS ( may 4, 2004 )
26.03.2006

Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatı 2004 – cü il mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində “Sülh Naminə Əməkdaşlıq-10” adı altında konfrans təşkil etmişdir.

Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına 1994-cü il mayın 4-də qoşulmuşdur. Bunu Azərbaycan Respublikasinin Avro-Atlantik strukturlara İnteqrasiya prosesinin növbəti bir fazası kimi hesab etmək olar. Azərbaycan müstəqilliyini qazandıqdan sonra özünün Avropada siyasi gələcəyini və NATO-da öz təhlükəsizliyinin təminatını möhkəmləndirdi.

Beləliklə, 2004-cü il mayın 4-ü “Sülh Naminə Tərəfdaşlıq” çərçivəsində Azərbaycan-NATO əməkdaşlığının onillik günüdür. Bu dövr ərzində Azərbaycan NATO standartlarına uyğunlaşmaq üçün bir sıra addımlar atmışdır. NATO-nun genişlənməsindən sonra yeni üzv dövlətləri ilə əməkdaşlıq yeni ölçülərdə aparılır.Bu aspektdən irəli gələrək Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatı onillik fəaliyyətin qiymətləndirilməsi və gələcək amakdaşlığın yollarının müəyyənləşdirilməsi üçün “Sülh Naminə Tərəfdaşlıq-10” adlı konfrans təşkil etdi.

Xarici ölkələrin (ABŞ, Türkiyə, Fransa, Yunanıstan, Böyük Britaniya ) Azərbaycandakı səfirliklərinin nümayəndələri konfransda iştirak edərək bu mövzuda maraqlı çıxışlar təqdim etdilər. Bununla yanaşı, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq departamentinin başçısı, QHT nümayəndələri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri də konfransın iştirakçıları sırasında idilər.

Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatının sədri Ziya Qazıyevin çıxışından sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov Azərbaycanın proqram çərçivəsində həyata keçirdiyi əsas fəaliyyətini vurğulayaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramında Azərbaycanın iştirakı haqqında çıxış təqdim etdi. Araz Əzimov xüsusilə Fərdi Əməkdaşlıq Planı çərçıvəsində Azərbaycanın NATO ilə sonrakı əməkdaşlığı və 2004-cü il iyununda keçiriləcək İstanbul Sammiti haqqında danışdı.

Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq departamentinin başçısı isə öz çıxışını NATO—nun tərəfdaş ölkələrlə əməkdaşlığının daha çox hərbi və texniki aspektləri, o cümlədən Azərbaycan zabitlərinin proqram çərçəvəsində hərbi treyninqlərdə iştirakı, Azərbaycan hərbi kontingentlərinin Kosovo, Əfqanıstan, İraqdakı hərbi əməliyyatlarda iştirakı üzərində qurdu.

Türkiyə və Böyük Britaniya səfirləri QHT nümayəndələrinin və tələbələrin suallarına cavab verərək öz nöqteyi nəzərlərini onlarla bölüşdürdülər.


Hits: 587



 
SON TƏDBİR


Son xəbərlər
 



  LINKS

  NATO
www.nato.int
  EU
europa.eu.int
  UN
www.un.org
  OSCE
www.osce.org
  NATO Parliamentary Assembly
www.naa.be
  ATA
www.ata.atlant.dk
  www.president.az
  www.mfa.gov.az
  www.mys. azeri.com
   

 

© 2006 Müəlliflik hüququ Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı: Site by: www.webstudio.az
Əlaqə