Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatının rəsmi təsis mərasimi müxtəlif dövlət orqanlarından yerli və beynəlxalq qonaqların, yerli QHT nümayəndələrinin, tələbələrin, gənc tədqiqatçıların və elm xadimlərinin iştirakı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Plenar sessiya Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatına seçilən sədr – Ziya Qazıyev tərəfindən açıldı. O, çıxışında Təşkilatın məqsəd və vəzifələri, gələcək fəaliyyəti ilə yanaşı, Azərbaycan cəmiyyətinin belə bir qeyri hökumət təşkilatına ehtiyacı barədə qisa məlumat verdi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Araz Əzimov öz çıxışına təbriklə başladı, daha sonra Azərbaycan Respublikasının Avro-Atlantik strukturlara inteqrasiya prosesi və burada sosial təşkilatların mühüm rolu haqqında danışdı. Eyni zamanda təşkilatın gələcək fəaliyyətində özünün dəstəyi haqda rrazılığını bildirdi.
NATO-dan dəvət olunmuş qonaq NATO tərəfdaş ölkələrində cəmiyyətə NATO və başqa beynəlxalq institutlar haqqında daha geniş məlumatlara malik olmalarına yardım edəcək belə QHT-lərin yaradılmasına özünün müsbət mövqeyi haqqında danışdı.
Tədbirin iştirakçıları və qonaqları da bu mövzuda çıxış etdilər və Azərbaycan Gənclərinin Avro- Atlantika Təşkilatına gələcək fəaliyyətində uğurlar arzuladılar.