AZE | ENG

  ANA SƏHİFƏ
  XƏBƏRLƏR
  Azərbaycan
  Haqqımızda
  Təşkilat
  Fəaliyyət
  Üzvlük
  Elmi araşdırmalar
  Tərəfdaşlar
  Keçidlər
  Heyət
  Əlaqə
  Forum

  AFİŞALAR

  SORĞU
 
Which one is the most dangerous problem for Azerbaijan?

a) Nagorno Karabakh Conflict
b) Legal Status of the Caspian Sea
c) Corruption
d) Human Rights

 

 

Beynəlxalq terrorizmə qarşı mübarizədə uduruqmu və NATO-nun bu mübarizədə rolu?
21.03.2006

 

Azərbaycan Gənclər Avro-Atlantika Təşkilatının üzvü Şəhla Balakişiyeva 12 dekabr, 2005 Brüsseldə (Belçika) NATO-nun baş qərargahında “Beynəlxalq terrorizmə qarşı mübarizədə uduruqmu və NATO-nun bu mübarizədə rolu” mövzusunda keçirilən YATA-nın Beynəlxalq Konfransında iştirak etmişdir.

Tədbirin ilk günü Ictimai Diplomatiya Bölməsinin NATO ölkələri üzrə başçısı xanım Stefani Babst tərəfindən salamlama və NATO-nun cari gündəliyi haqqında qısa icmalı ilə başlandı. Daha sonra NATO Baş Katibinin Müdafiə siyasəti və Planlaşdırma Bölməsi üzrə köməkçisi Con P. Kolston terrorizmə qarşı mübarizədə NATO-nun rolu haqqında məlumat verdi. Beynəlxalq YATA-nın sədri Harald Sorud öz çıxışında Konfrans və indiyədək Təşkilatın həyata keçirdiyi tədbirlər haqqında qonaqlara məlumat verdi. Daha sonra iştirakçılar NATO Baş Katibinə təqdim edəcəkləri terrorizmə qarşı mübarizə haqqında ideyalarının yekun sənədini hazırlamaq üçün bir neçə işçi qrupuna bölündülər. Bu işdə işçi qruplara İctimai Diplomatiya Bölməsinin Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzrə Məlumatçısı Yetər Yaman, Ictimaiyyətlə Əlaqələr və İctimai Diplomatiya üzrə YATA-nın Vitse-Prezidenti Karmen K. Lezzi və YATA-nin Təhsil üzrə Vitse-Prezidenti Kristina Ober tərəfindən köməklik göstərilirdi. Daha sonra İşçi qruplarının rəhbərləri gəldikləri nəticələrin səbəbləri haqqında danışdılar. Axşam NATO-nun Baş Katibi də Konfransa qoşuldu. Burada YATA Prezidenti Harald Sorud NATO-nun terrorizmə qarşı mübarizədə rolu haqqında Ümumi Mövqe Sənədini və iştirakçıların inşalarını NATO-nun Baş Katibi Yap de Hop Sxefferə təqdim etdi.

Sessiya NATO Baş Katibinin İctimai Diplomatiya üzrə köməkçisi cənab Jan Furnet, İctimai Diplomatiya Bölməsinin NATO ölkələri üzrə başçısı xanım Stefani Babst və İctimai Diplomatiya Bölməsinin Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzrə Məlumatçısı Yetər Yamanın çıxışı ilə bağlı elan olundu.


 

 


 

 


Hits: 605



 
SON TƏDBİR


Son xəbərlər
 



  LINKS

  NATO
www.nato.int
  EU
europa.eu.int
  UN
www.un.org
  OSCE
www.osce.org
  NATO Parliamentary Assembly
www.naa.be
  ATA
www.ata.atlant.dk
  www.president.az
  www.mfa.gov.az
  www.mys. azeri.com
   

 

© 2006 Müəlliflik hüququ Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı: Site by: www.webstudio.az
Əlaqə